`İnsan alverinə qarşı mübarizə` mövzusunda toplantı
21:35 12 May 2017
Mingəçevir şəhərində “İnsan alverinə qarşı mübarizə” mövzusunda toplantı keçirilib.
Femida.az -a daxil olan məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsində təşkil olunan tədbirdə QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri, tələbələr və ixtisaslaşmış ekspertlər iştirak ediblər.
Mingəçevir Şəhər Polis Şöbəsinin rəis müavini Allahverdi Siraclı müzakirələrin məram və məqsədindən danışıb.
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Şöbəsinin baş əməliyyat müvəkkili Emin Əsədov insan alverinə qarşı mübarizə prosesində əldə olunan uğurlardan və mövcud problemlərdən söhbət açıb. O əsasən iki məsələ - insan bədəninin və əməyinin istismarı məsələləri üzərində dayanıb.
"Təmas Regional Təşkilatı" İctimai Birliyinin sədri Südabə Məmmədova isə ictimai nəzarət işinin düzgün qurulmasına dair fikirlərini bölüşüb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Femida.az
Oxunub: 683
Oxşar xəbərlər
- `İnsan hüquqları məsələsində Qərbdən öndəyik` - Ərdoğan
- `İnsanların həyat şəraiti daha da yaxşılaşacaq` - Əli Əhmədov
- `İnsanlarımız əməliyyat üçün xaricə üz tutur` - Qənirə Paşayeva
- `İnsanlıq imtahanından keçə bilmədilər` - Ərdoğan
- `İnsanların bağışlanmaq hüququ var` - Mehriban Əliyev
- `İnsan haqları alətə çevrilə bilməz` - İşçi qrupu (YENİLƏNİB)